7 aprel 2015 13:00
Vaqif Sadıqov yığmaların yeni baş məşqçilərinin açıqlanacağı tarixi söylədi
AFFA-nın Məşqçilər Şurasının sədri Vaqif Sadıqov Azərbaycanın 16 və 19 yaşadək futbolçulardan ibarət yığma komandalarının baş məşqçisinin nə vaxt müəyyənləşəcəyindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Aprelin 9-da daha bir görüşümüz olacaq. AFFA-nın baş katibi Elxan Məmmədovla görüşdə qarşımıza məqsəd qoyuldu ki, Azərbaycanın yeniyetmə futbolçulardan ibarət yığma komandalarının baş məşqçisi postuna namizədlərimizi hazırlayaq. Mümkündür ki, növbəti görüşümüzdə yeni baş məşqçilər müəyyənləşsin".
