7 aprel 2015 11:30

Qəbələnin oyunçusu İtaliyada mükafatlandırıldı

“Qəbələ”nin 17 yaşlılardan ibarət komandasının iştirak etdiyi İtaliyada keçirilən beynəlxalq turnir başa çatıb. Azerisport.az xəbər verir ki, “qırmızı-qaralar” “A.S.D. Borgaro 1965” klubunun təşkilatçılığı ilə Turin şəhərində keçirilən “Mario Maggoni – Walter - Richi” turnirində 3 oyunda qüvvəsini sınayıb.

Sayca 36-cı dəfə keçirilən çox nüfuzlu turnirin qrup mərhələsində komandamız adlı-sanlı “Sampdoriya” və “Parma”, həmçinin təşkilatçı klubla üz-üzə gəlib. Baş məşqçi Ramin Quliyev və köməkçisi Emin İmaməliyevin rəhbərlik etdiyi kollektiv genuyalılara 0:1, parmalılara 0:2 hesabı ilə uduzub. Komandamız turniri meydan sahibləri "Borgaro" ilə qolsuz heç-heçə ilə başa vurub.

Yalnız qrup qalibləri və ən yaxşı nəticəyə malik komanda yarımfinala yüksəldiyindən “Qəbələ” qrup səddini adlamayıb. Turnirin qalibi adını isə finalda “Atalanta”nı 3:0 hesabı ilə məğlub edən “Sampdoriya” qazanıb. Mükafatlandırma mərasimində “Qəbələ”nin futbolçusu Hacıağa Hacıyev də fərqlənənlərdən biri olub. O, yarışda iştirak edən xarici klubların heyətində ən yaxşı futbolçu kimi fəxri kubokla mükafatlandırılıb. 12 komandanın çıxış etdiyi turnirdə “Qəbələ”dən başqa, İsveç təmsilçisi “Höteborq”da qüvvəsini sınayıb.

U-17 ilə yanaşı, qüvvəsini ölkə xaricində təşkil olunan turnirdə sınayan "Qəbələ"nin 12 yaşadək futbolçulardan ibarət komandası isə ənənəvi “İzmir kuboku”nda mübarizə aparıb. 21 ölkədən olan 48 komanda arasında olan “qırmızı-qaralar” G qrupunda yer alıb. Almaniya təmsilçisi Münhenqladbax “Borussiya”sına və Qırğızıstan “Bişkek”inə 0:4, Rumıniyalı əfsanə Georgi Hacının Futbol Akademiyası, “Altay” və “Bursaspor”a 0:1 hesabı ilə məğlub olan komanda növbəti mərhələdə yerli klublarla üz-üzə gəlib. “Kasimpaşa”ya 0:1 hesabı ilə məğlub olan U-12 “Korriklu” ilə “sülh” bağlayıb – 1:1. “Başakşəhər”ə 1:4 hesabı ilə uduzduqdan sonra isə “qırmızı-qaralar” “İzmirspor” üzərində qələbə qazanıb - 3:0. Turnirin son günündə Almaniya “Vattenşayd”ı ilə qolsuz heç-heçə edən futbolçularımız “Kasımpaşa”ya yenilib – 0:3. İzmirdəki son matçında Bolqarıstanın “Ariston Ruse” komandasını sınağa çəkən “Qəbələ” Rəşad Əhmədov, Ülvi Mədətov və Emil Süleymanovun qolları ilə 3:0 hesablı qələbə qazanıb.

İstanbul nəhəngləri “Qalatasaray”, “Beşiktaş”, “Fənərbaxça” ilə yanaşı, İtaliyanın “Yuventus” və “Roma”, Portuqaliyanın “Porto”, Ukraynanın “Dinamo” (Kiyev), Almaniyanın “Verder” və “Borussiya” (Mönhenqladbax), Hollandiyanın “Ayaks”, “Tvente” kimi məşhur klubların mübarizə apardığı yarışın qalibi adına isə İspaniya təmsilçisi “Atletik” layiq görülüb. Bilbao təmsilçisi finalda Fransanın PSJ klubunu məğlub edib – 2:1.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.