7 aprel 2015 11:00
U-17 yığması Təbriz Həsənova həvalə olunub
AFFA-nın rəhbərliyi Məşqçilər Komitəsinin tövsiyəsini nəzərə alaraq, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məqşçisi Mirbağır İsayevin istefasını qəbul edib. Azerisport.az xəbər verir ki, U-17-nin baş məşqçisi vəzifəsi 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənova həvalə olunub.
Xatırladaq ki, Mirbağır İsayev U-17-nin Avropa çempionatının elit mərhələsində uğursuz çıxışından sonra istefa vermişdi.
