6 aprel 2015 17:00

Rəşad Eyyubov: Julius Vobay azarkeşlərimizi təxribata çəkdi

"Simurq"un hücumçusu Rəşad Eyyubovun azerisport.az saytına müsahibəsi

- "Neftçi"yə məğlubiyyəti necə şərh edə bilərsiniz?
- Çox yaxşı oyun alındı. Biz bütün komponentlərdə "Neftçi"dən üstün idik. Sadəcə, qol vura bilmədik.

- Elə sizin özünüzün yüz faizlik qol epizodunuz olsa da, fərqlənə bilmədiniz...
- Topa normal zərbə vura bilmədim. Özü də mənim bir yox, iki qol vəziyyətim oldu.

- İndi komandanız beşinci yerdə gedir. Dördüncü pilləni tutmaq nə dərəcədə vacibdir? Yoxsa siz ölkə kubokunu qazanmağa daha çox önəm verirsiniz?
- Bizi "Qəbələ"dən cəmi iki xal ayırır. Bu, elə də faciəvi göstərici deyil. Hər komanda bundan sonra 7 oyun keçirməlidir. Sadəcə, sonadək mübarizə aparmaq lazımdır. Kubok əlbəttə, vacibdir. Amma çempionatı siyahıdan silmək düz olmaz.

- "Qəbələ"nin AZAL üzərində böyük hesabla qalib gələcəyini gözləyirdiniz?
- Düzünü desəm, yox. AZAL Möhkəm komandadır. Onlara qarşı oynamaq çox çətindir. Amma futbolda hər şey olur.

- Julius Vobayla bağlı qalmaqal yaranıb. Həmin epizodda nə baş vermişdi? Siz Vobayın azarkeşlərə jest etdiyini görmüsünüz?
- O, bizim azarkeşləri təxribata çəkirdi. Onun üzr istəyib-istəməyəcəyi məni maraqlandırmır. Sadəcə, hər kəsə hörmətlə yanaşmaq lazımdır.

- Oyundan sonra Vobayla söhbətləşdiniz?
- Bəli, ona dedim ki, düzgün hərəkət etmədin.

- Amma "Simurq" azarkeşləri də son vaxtlar özlərini sakit aparmırlar. Bundan əvvəlki ev oyununuzda da AZAL-ın futbolçusu Freddi Mombonqoya qarşı irqçi təhqirlərə yol verilmişdi...
- Bizdə heç bir irqçilik yoxdur. Sizin dediyinizdən də xəbərim yoxdur.

- "Simurq"un bu mövsüm Avropa Liqasına vəsiqə qazanması nə dərəcədə realdır?
- Ümid edirəm ki, vəsiqə qazana biləcəyik. Çox yaxşı komandamız var. Digər komandalardan fərqli bizim elə də böyük büdcəmiz yoxdur. Amma belə oynamağa davam etsək, hər şey yaxşı olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.