6 aprel 2015 14:45
Julius Vobay: Kiminsə qarşısında üzr istəmək üçün əsas görmürəm
"Neftçi"nin yarımmüdafiəçisi Julius Vobay Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Simurq"la səfər oyununda baş verən qalmaqaldan danışıb. Azerisport.az saytına açıqlamasında o, sadəcə, bunları söyləyib:
"Mən Zaqatala klubunun azarkeşlərinə heç bir jest etməmişəm. Kiminsə qarşısında üzr istəmək üçün əsas görmürəm".
