6 aprel 2015 14:00
İnter və Neftçi Branimir Subaşiçlə maraqlanır
Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiç yenidən ölkəmizə qayıda bilər. Azerisport.az xəbər verir ki, serb əsilli milliləşdirilmiş futbolçu hazırda Türkiyənin "Manisaspor" klubunda çıxış edir.
Lakin Subaşiç uğursuz çıxışı ilə seçilən komandasında özünü xoşbəxt hiss etmir və yenidən ölkəmizdə oynamaq istəyir. Artıq onunla maraqlanan Premyer Liqa təmsilçiləri də var. Əldə etdiyimiz məlumata görə, paytaxtın iki təmsilçisi - "Neftçi" və "İnter" Subaşiçin xidmətində maraqlıdır.
Maraq üçün xatırladaq ki, Branimir vaxtilə "Neftçi"nin heyətində çıxış edib. Son illərdə isə o, Türkiyədə oynayır.
