6 aprel 2015 13:15
Rüfət Dadaşov yenə oynamadı
Almaniya Regional Liqasında 27-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun komandası - "Saarbrükken" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Hoffenhaym"la qarşılaşıb. Matç "Saarbrükken"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Dadaşov bu dəfə də oynamayıb.
Hazırda Rüfətin komandası 59 xalla ikinci pillədə qərarlaşıb.
