6 aprel 2015 13:00
Vobay Simurqun azarkeşlərinə xoşagəlməz jest edib
Topaz Premyer Liqasının 28-ci turunun "Simurq" - "Neftçi" oyununda qalmaqal yaşanıb. Azerisport.az xəbər verir ki, qonaqların yarımmüdafiəçisi Julius Vobay meydanı tərk edərkən meydan sahiblərinin azarkeşlərinə xoşagəlməz jest edib.
Onun bu hərəkətini görən fanatlar dərhal meydana axışmağa çalışıblar. Lakin polisin vaxtında müdaxiləsi nəticəsində xoşagəlməz olayların baş verməsinə imkan verilməyib. Əvəzində "Simurq"un futbolçularından Vüqar Mustafayevlə Rəşad Eyyubov Vobaya öz etirazlarını bildiriblər.
