6 aprel 2015 12:00

Neftçi və Qarabağ 650-yə çatdı

Azərbaycan çempionatlarında ən çox oyun keçirən iki klub - “Neftçi” və “Qarabağ” yubiley matçına çıxıb. Azerisport.az xəbər verir ki, 1992-ci ildə start götürən yarışın daimi iştirakçıları 650-ci qarşılaşmada qüvvələrini sınayıblar.

Hər iki komanda Topaz Premyer Liqasının 28-ci turuna qədər 649 görüş keçirdiyi üçün aprelin 5-dəki matçlar yubiley xarakteri daşıyıb. “Neftçi” “Simurq”la, “Qarabağ” isə “Bakı” ilə səfər oyununda 650-yə çatıb.

Paytaxt təmsilçisi 1:0 hesabı ilə qalib gəlib, 387-ci qələbəsini qazanıb. 143 heç-heçəsi olan “Neftçi” 120 dəfə məğlub olub. 1168 qol vuran “ağ-qaralar” 452 top buraxıb.

“Qarabağ” üçün 1:1 hesablı heç-heçə 155-ci bərabərlik olub. 345 qələbəsi olan Ağdam klubu 150 dəfə məğlub olub. 945 qol vuran ağdamlılar 541 top buraxıb.

Qeyd edək ki, ölkə çempionatlarında ən çox oyun keçirən komandalar arasında ilk “beşlik”də “Turan” (584), “Bakı” (510) və “Kəpəz” (482) də yer alıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.