Aleksey Qay: Qəbələnin avrokuboklarda oynaması üçün hər şeyi edirik
"Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Qayın azerisport.az saytına müsahibəsi
- AZAL-la səfər oyunu necə təsir bağışladı?
- Biz çox yaxşı oynadıq. Bu qarşılaşmanı öz aktivimizə yaza bilərik. Əlbəttə, nəticə bizi çox sevindirir. Əsas hədəfimiz qələbə qazanmaq idi, buna da nail olduq.
- "Qəbələ" ardıcıl beş qələbə qazanmaqla, klub rekorduna imza atdı. Bunu bilirsiniz?
- Xeyr, bilmirdim, amma sağ olun ki, bildirdiniz. Biz futbolçular statistikaya yox, daha çox öz oyunumuza fikir verməliyik. Amma istənilən halda rekorda imza atmaq da sevindirici hadisədir.
- Nəyin sayəsində belə bir qələbə qazanmağa nail oldunuz?
- Birincisi, oyuna çox yaxşı köklənmişdik. İkincisi, komakt şəkildə oynamağa çalışırdıq, bir-birimizi başa düşürdük,sığortalayırdıq. Biz bu oyunda daha çox qol vura bilərdik. Sadəcə, alınmadı.
- Bu qol aclığı sizdə hardan idi?
- Fasilədə baş məşqçi bildirdi ki, arxayınlaşmaq olmaz. Ona görə də biz AZAL-a nəfər almağa imkan verməməyə çalışdıq.
- "Qəbələ"nin avrokuboklara vəsiqə qazanması realdır?
- Əlbəttə. Biz "Qəbələ"nin avrokuboklarda oynaması üçün əlimizdən gələni edəcəyik. Bunun üçün isə hər oyunda qələbə qazanmağımız lazımdır.
