6 aprel 2015 00:55
Rəşad Sadiqov: AZAL-a belə hesabla qalib gələcəyimizi gözləmirdim
"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində AZAL üzərində qazandıqları qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, 4:0 hesablı qələbədən sonra bunları söyləyib:
"AZAL üzərində belə hesabla qalib gələcəyimizi gözləmirdim. Çünki bu komanda çox sıx və kompakt oynayır. Hər komanda onlara bir oyunda 4 qol vura bilmir. Amma biz buna nail olduq. Bunun üçün çox sevincliyik".
