6 aprel 2015 00:45
Aleksey Qay: Sərgilədiyimiz oyun tablodakı hesabdan daha çox sevindirir
"Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Qay Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində AZAL üzərində qazandıqları qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, 4:0 hesablı qələbədən sonra bunları söyləyib:
"Biz yaxşı oynadıq, meydanda çox iş gördük. Hesab da yaxşı alındı. Amma tablodakı hesabdan daha çox sərgilədiyimiz oyun sevindirir. Bu oyunu aktivimizə yazmaq olar".
