6 aprel 2015 00:30

Cavid Hüseynov: Daha məhsuldar oynamağımın hər hansı sirri yoxdur

“Qəbələ” Topaz Prenyer Liqasının 28-ci turuna AZAL-la qarşılaşıb, 4:0 hesablı səfər qələbəsi qazandı. Azerisport.az xəbər verir ki, matçın birinci hissəsində iki qol vurmaqla vacib qələbədə böyük rol oynayan Cavid Hüseynov qarşılaşma ilə bağlı fikirlərini klub saytı ilə bölüşüb:

“AZAL-la oyunun çətin olacağını düşünürdük. Bu rəqiblə əvvəlki matçlarımız çətin olmuşdu. İki dəfə onlar qalib gəlmişdilər. Bunun əvəzini çıxmaq istəyirdik. Amma hesabın 4:0 olacağını gözləmirdik. Yaxşı oynayıb, layiqli və oyuna görə düzgün olan nəticə əldə etdik. Bunadək ardıcıl 4 qələbə qazanmışdıq. Bu seriyanı 5-ə çatdırdıq. Oyundan-oyuna daha yaxşı oynayırıq. İndi bu tempi saxlayıb, belə davam etməyə çalışacağıq”.

Azərbaycan millisinin heyətində Maltaya da qol vuran yarımmüdafiiəçi son vaxtlar göstərdiyi məhsuldarlıqdan da danışıb. Premyer Liqada özünün 30-cu qolunu vuran, mövsümdə 8-ci dəfə fərqlənən Hüseynov karyerasının ən məhsuldar çempionatındakı göstəricini daha da yaxşılaşdırmaq əzmindədr: “Mənim üçün qol vurmağımdan daha çox qələbəmiz vacibdir. Amma özüm də hər qarşılaşmaya qol vurmaq istəyilə çıxıram. Bu dəfə də qol vura biləcəyimi gözləsəm də, dubl edəcəyimi gözləmirdim. Elə alındı ki, iki qol vura bildim. Son vaxtlar daha məhsuldar oynamağımın hər hansı sirri yoxdur. Görünür, qismət belədir. Həm də indi yaxşı formadayam. Daim əsas heyətdə yer alıram, inkişaf da gedir. Karyeramda bir mövsümə vurulan qol sayında ən yüksək göstəriciyə imza atdım. Buna çox sevinirəm. Daha çox qol vurmaq istəyirəm. Açığı, yayda “Qəbələ”yə keçəndə özlüyümdə götür-qoy edib, mövsümdə 6 qol vurmaq haqda düşünürdüm. Bu rəqəm mənim üçün yaxşı olardı. Amma artıq 8 qol vurmuşam. Hələ “Araz Naxçıvan”la nəticəsi ləğv olunan görüşdə də fərqlənmişdim. Mövsümün sonunadək qol sayımı artıra da bilərəm. Düşünürəm ki, bu rəqəmi 10-a çatdırmağım mümkündür”.

Fasilədə əvəzlənməsinə aydınlıq gətirən orta sahə oyunçusu növbəti turun “Simurq”la görüşü haqda da fikirlərini açıqlayıb: “Süni örtüklü meydanda oynayırdıq. Bu örtük də yaxşı vəziyyətdə deyildi. Burada zədə almaq, köhnə zədələri yeniləmək təhlükəsi var idi. Mənim də ayağımda əvvəldən qalma zədəm var. Fasilədə baş məşqçi risk etməyib, əvəzlənməyimi istədi. 4-cü yer uğrunda gərgin mübarizə gedir. “Simurq” da çox yaxşı komandadır. Bu gün onlar uduzdu. Bundan yararlanıb, 4-cü pilləyə yüksəldik. Növbəti tur onlarla qarşılaşacağıq. Doğma azarkeşlər önündə qalib gəlib, mövqeyimizi möhkəmlətməyə çalışacağıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.