6 aprel 2015 00:15
Dmitri Nazarov 6 dəqiqə oynadı, komandası 1 xal qazandı
Almaniya Bundesliqasında 27-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Aalen"lə qarşılaşıb. Matç 2:2 hesabıyla başa çatıb. Nazarov matçın 84-cü dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Karlsrue" hazırda 45 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
