6 aprel 2015 00:00

Qəbələ 300-ə rekordla çatdı

Topaz Premyer Liqasının 28-ci turunda səfərdə AZAL-la qarşılaşan “Qəbələ” 4:0 hesabı ilə qalib gəldi. Azerisport.az xəbər verir ki, “AZAL Arena”da əldə olunan bu böyükhesablı qələbə “qırmızı-qaralar”ın tarixinə rekord və yubileylərlə düşüb.

İlk dəfə 5

Premyer Liqada ardıcıl 5-ci qələbəsini qazanan “qırmızı-qaralar” klub tarixinin yeni rekorduna imza atıb. Roman Qriqorçukun yetirmələri 23-cü turda başlanan uğurlu seriyada 2 dəfə ev, 3 dəfə səfərdə 3 xal əldə edib. Fevralın 19-da “Xəzər Lənkəran”ı 3:1, martın 8-də isə “Sumqayıt”ı 2:0 hesabı ilə yenən komanda ev matçlarında 2 top fərqinə sevinib. Çempionatın liderləri ilə səfər oyunlarında isə fərq minimal olub. Fevralın 28-də “Qarabağ”ı 1:0, martın 18-də isə “İnter”i 2:1 hesabı ilə məğlub edən “Qəbələ” “5”ə 4 cavabsız qolla çatıb.

Premyer Liqada 2006/07 mövsümündə debüt edən “qırmızı-qaralar” bunadək ən yaxşı halda 4 ardıcıl qələbə qazanmışdı. Qəbələ təmsilçisi 2012/13 mövsümünün ilk, 2013/14 mövsümünün isə ikinci yarısında 4 qələbəni sıralamışdı.

“Qəbələ” – 300

AZAL-la oyunda vurulan qol “Qəbələ” üçün yubiley xarakteri daşıyıb. Bu matçadək Premyer Liqada 298 top vuran “qırmızı-qaralar” 300-ü fəth edib. Tarixi qolun müəllifi Viktor Mendi olub. 2006-cı ildə Premyer Liqada debüt edən komanda 300-ə 265-ci oyununda çatıb. “Qəbələ” Mendinin qolundan sonra daha 2 dəfə fərqlənib, bu rəqəmi 302-yə çatdırıb. Bunlardan 162-si ev, 140-ı səfər qarşılaşmalarına təsadüf edib. Maraqlıdır ki, komandanı 300-ə çatdıran Mendi 150-ci qolun da müəllifi olub.

“Qəbələ”nin bütün yubiley qolları

1-ci qol - 2006/07 mövsümü
Vüsal Qarayev - 11.08.2006. MKT-Araz (İmişli) - Gilan (Qəbələ) - 4:1

50-ci qol - 2007/08 mövsümü
Əli İsmayılov - 18.05.2008. Qəbələ - Masallı - 1:1

100-cü qol - 2009/10 mövsümü
Kənan Kərimov - 09.02.2010. Qəbələ - Turan (Tovuz) - 1:0

150-ci qol - 2011/12 mövsümü
Viktor Mendi - 11.09.2011. Qəbələ - Turan (Tovuz) - 2:1

200-cü qol - 2012/13 mövsümü
Lourival Assis - 03.11.2012. Qəbələ - Neftçi (Bakı) - 2:1

250-ci qol – 2013/14 mövsümün
Leonardo da Silva – 02.02.2014. Sumqayıt – Qəbələ - 0:3

300-cü qol – 2014/15 mövsümü
Viktor Mendi – 05.04.2015. AZAL – Qəbələ – 0:4

“Qəbələ”nin qolları mövsümlər üzrə: 2006/07 – 17, 2007/08 – 33, 2008/09 – 28, 2009/10 – 36 (təsnifatda 24+ “altılıq”da 12), 2010/11 – 31 (təsnifatda 19+ “altılıq”da 12), 2011/12 – 43 (təsnifatda 27+ “altılıq”da 16), 2012/13 – 32 (təsnifatda 26+”altılıq”da 6), 2013/14 – 48, 2014/15 – 34.

Premyer Liqada “Qəbələ”nin ən azı 10 qolunu vuranlar: Viktor Mendi – 26, Luiz Paulo Hilario – 21, Yannik Kamanan – 16, Deon Barton – 15, Daniel Subotiç – 12, Kənan Kərimov, Vitali Balamestnı – hər ikisi 11.

Mendi – 30

“Qəbələ”nin Premyer Liqada 300-cü qolunu vuran Mendi qırmızı-qara formada 30-cu dəfə fərqlənib. Premyer Liqada 26, kubokda 4 dəfə rəqib qapılarına yol tapan seneqallı hücumçu yubileyə 120-ci matçında çatıb. Klub tarixinin ən məhsuldar futbolçusu olan Mendi ilk qolunu 2011-ci ildə vurub. O, 2011/12 mövsümündə 8, 2012/13 mövsümündə 6, 2013/14 mövsümündə 7, cari mövsüm 5 çempionat qoluna sevinib. Onun kubok qollarından biri 2011/12, üçü 2013/14 mövsümünə təsadüf edib.

Hüseynovdan rekord

AZAL-la qarşılaşmada dubla imza atan Cavid Hüseynov Premyer Liqada özünün yubiley – 30-cu qolunu vurub. Cari mövsüm 8-ci dəfə fərqlənən yarımmüdafiəçi karyerasının rekorduna imza atıb. O, “Qəbələ”də keçirdiyi ilk çempionatadək heç vaxt belə məhsuldarlıq nümayiş etdirməmişdi. Hüseynov indiyədək eyni mövsümdə ən yaxşı halda 6 dəfə rəqib qapısına yol tapmışdı. Bu da ötən mövsüm “Bakı”nın heyətində baş vermişdi. AZAL-la oyundan öncə həmin rekordunu təkrarlamış yarımmüdafiəçi artıq həmin göstəricisini yeniləyib. Cavid həm də “Qəbələ”də 5 və daha çox penalti vurub, hamısından dəqiq istifadə edən ilk oyunçu olub.

Qriqorçukla ilk

“Qəbələ” tarixində 34-cü, Premyyer Liqada 17-ci dəfə böyükhesabla qalib gəlib. 2015-ci ildə ilk dəfə 3 və ya daha çox top fərqilə qələbə qazanan “qırmızı-qaralar” bunadək Roman Qriqorçukun baş məşqçiliyi dövründə belə nailiyyət əldə etməmişdi. Komanda sonuncu böyükhesablı qələbəsini 123 gün əvvəl - 2014-cü il dekabrın 3-də “Ağsu” ilə kubok matçında qazanmışdı – 3:0. Premyer Liqada isə son belə uğur 396 gün əvvəl - ötən il fevralın 2-də “Sumqayət”la səfər matçında qazanılıb – 3:0. Komandanın 3-dən çox fərqlə 3 xala sevinməsi isə sonuncu dəfə 1071 gün əvvəl qeydə alınmışdı. 2012-ci il aprelin 29-da “Qəbələ” öz meydanında “Bakı”nı 4 cavabsız qolla məğlub etmişdi. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.