5 aprel 2015 20:30
Elbrus Məmmədov: Ümid edirəm ki, Neftçi ilə ev oyununda bu tip səhvlər etmərik
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Bu gün səhvlərdən sonra qollar vuruldu. Ümid edirəm ki, “Neftçi” ilə ev oyununda bu tip səhvlər etmərik”.
