5 aprel 2015 19:35
Roman Qriqorçuk: Daha yaxşı futbol sərgiləyə bilərdik
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 4:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Yaxşı nəticə qazandıq. Daha yaxşı futbol sərgiləyə bilərdik. Nəzərə alsaq ki, meydança yaxşı vəziyyətdə deyildi, bu mənada oyunçulara güzəşt edə bilərəm. Növbəti oyunlara hazırlaşmalıyıq”.
