5 aprel 2015 18:00
Eddi İsrafilov Reala qarşı oynadı, komandası darmadağın oldu
İspaniya La Liqasında 29-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Qranada" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə Madrid "Real"ı ilə qarşılaşıb. Matç futbolçumuzun klubunun 1:9 hesablı darmadağını ilə başa çatıb. Eddi matçın 57-ci dəqiqəsində - komandası 0:7 hesabıyla məğlub durumda olarkən çıxıb.
Qeyd edək ki, İsrafilovun komandası hazırda 23 xalla 19-cu pillədə qərarlaşıb.
