Qara Qarayev: Hər ötən tur bizi çempionluğa daha da yaınlaşdırır
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevin azerisport.az saytına müsahibəsi
- Reynaldonun yoxluğu son oyunda hiss olunurdu?
- Əlbəttə, hücumda uşaqlar bir qədər çətinlik çəkdilər. Amma Reynaldo ilə işimiz daha asan olardı. Baxmayaraq ki, rəqib "İnter" idi və bu komanda ilə oyunda çox qol epizodu gözləməyə də dəyməzdi.
- "Bakcell Arena"da oynamaq necə idi?
- Yaxşı stadiondur. Amma alışmaq lazımdır. Onda daha yaxşı oynayarıq.
- "İnter"lə oyundan sonra özünüzə gələ bilmisiniz?
- Bəli. Amma çox çətin oyun oldu. Onların 4-4-2 sxemi ilə oynayacağını gözləmirdik.
- "İnter"lə 9 xallıq fərq qaldı. Bu, nə dərəcədə böyük üstünlükdür?
- Bizim üçün "İnter"lə oyunda xal itirməmək çox vacib idi. Sonda heç-heçə qeydə alındı. Hər ötən tur bizi çempionluğa daha da yaınlaşdırır. Amma indidən dəqiq nəsə demək üçün çox tezdir.
- "Qarabağ"ın hazırda rəqib tanımadığını demək olar?
- Mən belə deməzdim. "İnter" və AZAL kimi klublara qarşı oynamaq çox çətindir. Onlarla oyunlarda xallar itirmişik. Əminəm ki, son dövrənin oyunlarında da hər kəs bizdən xal almağa çalışacaq.
