5 aprel 2015 00:20
Mahir Şükürovun komandasından 6:5 hesablı qələbə
Türkiyə PTT 1-ci Liqasında 26-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürovun komandası - "Karşıyaka" da növbəti matçına çıxıb.
Həmyerlimizin klubu doğma meydanda "Adana Dəmirspor"la qarşılaşıb. Matç izmirlilərin 6:5 hesablı qələbəsi ilə başa çatıb. Mahirin adı matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Karşıyaka" hazırda 39 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
