5 aprel 2015 00:05

Topaz Premyer Liqasında 28-ci tur həyacanı

Bu gün Topaz Premyer Liqasında 4-cü dövrəyə start veriləcək. Azerisport.az xəbər verir ki, eyni gündə baş tutacaq dövrənin açılış turunda “Sumqayıt” istirahət edəcək.

Turnir cədvəlinin əks qütblərində qərarlaşan “Qarabağ” və “Bakı” ölkə çempionatları tarixində 50-ci dəfə üz-üzə gələcək. Bu komandaların əvvəlki duellərində Ağdam təmsilçisi üstünlüyə malikdir - 19 qələbə. 15 qarşılaşmada heç-heçə qeydə alındığı halda, "zolaqlılar" da 15 dəfə 3 xalı bayram ediblər. 2 ildir rəqibinə uduzmayan “Qarabağ” 5 görüşdür meydanı xalsız tərk etmir. Mövsümün ilk 3 oyununda hər iki komanda qol sevinci yaşayıb. Tərəflər bir dəfə sülhə imza atıblar - 2:2. Qalan iki oyunda isə "Qarabağ"ın 4:2 və 4:1 hesablı qələbələri qeydə alınıb. Əvvəlki 49 görüşdə top fərqi də Ağdam klubunun xeyrinədir - 68:53. Elə bu dəfə də son çempion və indiki liderin asan qələbə qazanacağını proqnozlaşdırmaq olar.

Son dövrlər uğurlu çıxışı ilə diqqət çəkən iki komanda - AZAL və “Qəbələ” bir-biri ilə üz-üzə gələcək. Bu klubların əvvəlki 21 oyununda bakılıların 9, qəbələlilərin 5 qələbəsi varsa, 7 görüşdə də tərəflər sülhə razılaşıblar. Top fərqi də paytaxt klubunun xeyrinədir - 32:19. “Qəbələ” son 4 qarşılaşmada rəqibinə qalib gələ bilməyib. AZAL da öz meydanında 3 oyundur rəqibini məğlub etmir. Bakıdakı son 4 matçda hər iki komanda qol sevinci yaşayıb. Cari mövsüm baş tutan görüşlərə gəlincə, AZAL səfərdəki hər iki oyunda rəqibinə qalib gəlib - 2:1, 1:0. Bakıdakı görüşdə isə 3:3 hesabı qeydə alınıb.

Turun mərkəzi oyunu Zaqatalada baş tutacaq. Burada “Simurq” “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu klublar arasındakı əvvəlki 23 oyunda paytaxt klubunun böyük üstünlüyü var - 14 qələbə. "Simurq" cəmi 2 dəfə qalib gəldiyi halda, 7 qarşılaşma sülhlə bitib. Top fərqində də bakılılar öndədir - 31:9. Komandaların son 8 oyununda meydan sahibi olan tərəf məğlub olmur. Bundan başqa, “Neftçi” son 3 səfər matçında qol vurmayıb. Amma bakılılar rəqib meydanında indiyədək 1 dəfə uduzub. Bu mövsüm baş tutan görüşlərdə isə "Neftçi" öz meydanında 2:1 qalib gəlibsə, "Simurq" da rəqibini 1:0 hesabıyla məğlub edib. Bakıdakı digər görüşdə isə hesab açılmayıb.

Nəhayət, turun qapanış matçında “İnter” “Xəzər Lənkəran”ı qəbul edəcək. Tərəflərin əvvəlki 31 oyununda 11 dəfə bakılılar üstün olublar. 15 qarşılaşmada qalib müəyyənləşmədiyi halda, 5 dəfə də cənub təmsilçisi üstün olub. Top fərqində də "İnter"in üstünlü diqqət çəkir - 35:27. “Xəzər Lənkəran” son 3 oyunda rəqib qapısına qol vurmağı bacarıb. Öz meydanındakı son iki görüşdə qalib gələn “İnter” 7 ev oyunudur məğlub olmur. Bu mövsüm keçirilən oyunlarda isə "Xəzər Lənkəran" bir dəfə 1:0 hesabıyla qalib gəlib. "İnter" isə evdə 3:1, səfərdə 2:1 hesabıyla üstün olub.

Topaz Premyer Liqası
28-ci tur

3 aprel

17:00. “Bakı” – “Qarabağ”
Hakimlər: Fariz Yusifov, Vüsal Qənbərov, İsgəndər Əliyev, Etibar Həsənov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Kərim Ağayev.
“Bakı” FK-nın Təlim-Məşq bazasının stadionu.

17:00. AZAL – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Bakı. "AZAL Arena".
 
17:00. “Simurq” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Elşən Acalov, Mehman Mahmudov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
Zaqatala şəhər stadionu.

18:00. “İnter” – “Xəzər Lənkəran”
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Kamran Bayramov, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Fazil Mürşüdov.
Bakı. “İnter Arena”.
 

1Qarabağ24165339-2053
2İnter241111238-1244
3Neftçi24126629-1842
4Simurq24105935-2635
5Qəbələ2497830-3234
6AZAL2487927-3131
7Xəzər Lənkəran24751230-3626
8Sumqayıt24471323-3619
9Bakı24251715-5511
10Araz Naxçıvan00000-00

Bombardirlər:
12
- Draqan Çeran ("Simurq").
11 - Nurlan Novruzov ("Bakı").
8 - Freddi Mombonqo (AZAL), Mikel Alvaro (“İnter”), Junior Nildo ("İnter"), Məhəmməd Qurbanov (“Sumqayıt”), Reynaldo Silva ("Qarabağ").
7 - Rəşad Eyubov ("Simurq"), Nikolas Kanales ("Neftçi").
6 - Cavid Hüseynov ("Qəbələ").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.