4 aprel 2015 17:45
Komandası 6 qol vurdu, Subaşiç fərqlənə bilmədi
Türkiyə PTT 1-ci Liqasında 26-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "Manisaspor" da növbəti matçına çıxıb.
Manisalılar səfərdə "Orduspor"la qarşılaşıblar. Matç Branimirin komandasının 6:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Subaşiç sonadək meydanda olub.
Qeyd edək ki, "Manisaspor" hazırda 26 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
