4 aprel 2015 13:30

Ansi Aqolli: Qarabağdan mükafat aldım, amma...

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Albaniya mətbuatına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Ermənistanla oyun (2:1) sizin üçün asan olmadı...
- Bəli, elədir. Ermənilərin erkən qol vurması işimizi bir qədər çətinləşdirdi. İstərdik ki, asan qələbə qazanaq. Amma belə əzmkar qələbənin qiyməti daha çoxdur.

- Baş məşqçi fasilədə nə dedi?
- Dedi ki, ermənilərə qalib gəlməliyik. Üstünlüyümüzü hesabda da əks etdirməyimiz lazım idi. Fikrimcə, iki qol vurmağımızla yanaşı, meydanda da dominantlıq edən tərəf məhz bizim komanda idi.

- Bəs oyunçular öz aralarında nə qərara aldılar?
- Daha az top itirmək barədə danışdıq.

- Azərbaycana qələbə ilə qayıtmaq necədir?
- Xeyli insandan təbriklər aldım. Hələ sərhəddə pasportumu yoxlayanlar da təbrik edirdilər. Daha sonra baş məşqçi, komanda yoldaşlarım məni təbrik etdilər. Dedilər ki, əksəri həmin oyunu izləyirmiş və bizə azarkeşlik edirmiş. Azərbaycanla Ermənistan arasında münasibətlər gərgindir. Çünki ermənilər Azərbaycanın Qarabağ regionunu işğal ediblər. Elə mənim klubum da həmin bölgəni təmsil edir. 1 milyondan artıq Qarabağ qaçqınının taleyi Kosovo albanlarının aqibəti ilə demək olar ki, oxşardır.

- Oyundan öncə qələbə qazanacağınız halda klub tərəfindən mükafatlandırılacağını deyirdiniz...
- Aldım. Amma bu, "Roleks" deyil (gülür). Mən yığmada mükafat üçün oynamırdım. Öz ölkəm üçün çıxış edirdim və şadam ki, bu qələbəmizlə təkcə Albaniyaya yox, eyni zamanda azərbaycanlılara da yaxşı emosiya bəxş etdik. Mən özümü Bakıda evimdəki kimi hiss edirəm. Klub rəhbərliyi bizim hər birimizə böyük sevgi ilə kömək edir. (BalkanWeb)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.