4 aprel 2015 13:00
Arif Əsədov: Simurqla oyun prinsipial əhəmiyyət daşıyır
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Simurq"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hər iki komandaya qələbə lazımdır. Biz öz mövqeyimizi möhkəmləndirmək istəyirik, rəqib də öz hədəfinə yaxınlaşmağa çalışır. Vacib və prinsipial oyun olacaq. Adətən oyunlara bir gün öncədən yollanırıq. Amma mən rəhbərlikdən xahiş etdim ki, Zaqatalaya iki gün öncədən yollanaq. Çünki yerli şəraitə uyğunlaşmaq lazımdır. Denis Silva ilə Məqsəd İsayev bu görüşü buraxacaq. Flavinyo sıraya dönüb. Artıq iki gündür bizimlə məşq edir".
