4 aprel 2015 11:45
Georgi Çixradze: Aprel cari mövsüm üçün həlledici ay olacaq
"Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Aprel çətin və demək olar ki, bu mövsüm üçün həlledici ay olacaq. Oyunlar qısa intervalla keçiriləcək. Vaxtında bərpa olunmağı bacarmaq lazımdır. Bizim üçün də çox vacib oyunlar var. Təəssüf ki, qarşıdakı "Neftçi" ilə oyunda Draqan Çeran və Samir Zərgərov bizə kömək edə bilməyəcək. Onların hər ikisi diskvalifikasiyalıdır. Amma bizim ehtiyat qüvvəmiz də var".
