4 aprel 2015 00:10

Pavel Kapsa: Simurq da medallar uğrunda mübarizə apara bilər

"Simurq"un qapıçısı Pavel Kapsanın azerisport.az saytına müsahibəsi

- AZAL üzərində qazandığınız qələbə ilə bağlı nə deyə bilərsiniz?
- Uğurlu oyun keçirdik. Layiqli qələbə qazandıq. Amma bu, asan başa gəlmədi. Çünki AZAL elə də zəif komanda deyil. Yəqin ki, bu fikrimlə digər komandaların üzvləri də şərik olar. Onlar bizdən cəmi 1 xal geri idilər. Bu qələbə ilə xal fərqini artırmağa nail olduq. Amma bu, o demək deyil ki, artıq AZAL bu mübarizədən kənarda qaldı.

- Komandanız penaltini dəqiq yerinə yetirdi. Amma rəqibin də oxşar şansı olmasına rəğmən, yararlana bilmədi. Onlar da penaltini qola çevirsəydi, qalib gələ bilməyəcəkdiniz?
- Futbolda belə hallar olur. Əgər sən vurursansa, öz istəyinə çatırsan, sən bacarmadığın halda rəqib edir. Əsas odur ki, vacib 3 xal Zaqatalada qaldı.

- Qarşıda "Neftçi" ilə oyun var...
- Hazırda bizim üçün hər bir xal qızıla bərabərdir. Maraqlı oyun olacaq. "Simurq", "Qəbələ" və AZAL avrokuboklara vəsiqə uğrunda sonadək mübarizə aparacaq. İndiki halda bizim şanslarımız daha çox görünür. Çünki rəqiblərimizdən turnir cədvəlində daha öndəyik. Amma fərq elə də böyük olmadığına görə, bununla öyünə bilmərik.

- Amma onlarla müqayisədə siz kubokda da mübarizəni davam etdirirsiniz...
- Bundan da yararlanmağımız lazımdır.

- "Neftçi" üzərində qələbə "Simurq"un mükafatçılar sırasına düşməsinə şərait yaradacaq?
- Hazırda "Neftçi"dən 7 xal geri qalırıq. Fərq böyükdür. Amma qarşıdakı turda qalib gəlsək, fərq 4-ə enəcək. Qələbə qazanmaq lazımdır.

- Aprel ayı sizin üçün həlledici olacaq. Çempionatda "Neftçi" və "Qəbələ" ilə oyunlar var, kubokun yarımfinalında isə "Qarabağ"la qarşılaşacaqsınız. "Simurq" bu oyunlara hazırdır?
- Fikrimcə, bu mövsüm artıq istənilən rəqibə qalib gələcək gücdə olduğumuzu sübut etmişik. Kifayət qədər yüksək səviyyəli oyunçularımız var ki, meydana çıxıb, komandaya kömək etsinlər.

- Amma siz daha çox doğma meydanda uğurlu çıxış edirsiniz...
- Doğma şəhərdən kənarda niyə effektli çıxış edə bilmədiyimizin səbəbini bilmirəm. Biz də bu çatışmazlığı aradan qaldırmaq haqda düşünürük. Amma Zaqatalada oynamaq bizə çox rahatdır. Yaxşı azarkeşlərimiz, əla futbol havası var. Bakıda isə daha çox küləkli havanın şahidi oluruq. Bu baxımdan Zaqatalada həmişə xoş hava var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.