3 aprel 2015 20:00
Şükürov klubsuz qala bilər
Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov klubsuz qala bilər. Azerisport.az xəbər verir ki, Türkiyənin "Karşıyaka" klubu onunla əməkdaşlığa son qoymağa hazırlaşır.
Buna səbəb 33 yaşlı futbolçunun klubun düşərgəsinə nəzərdə tutulandan 3 gün gec qayıtmasıdır. Bu üzdən tərəflər arasında münasibətlər pozulub.
Qeyd edək ki, Mahir bu mövsüm "Karşıyaka"da 19 oyun keçirib, 2 qol vurub.
