3 aprel 2015 19:00

Qəbələnin son rəqibi bəlli oldu

13 yaşadək futbolçulardan ibarət komandalar arasında Türkiyədə təşkil olunan ənənəvi beynəlxalq “VI Manavqat” turnirində pley-off mərhələsinə start verilib. Azerisport.az xəbər verir ki, 9-16-cı yerlər uğrunda mübarizə aparan “Qəbələ”nin U-13 komandası bu mərhələnin iki oyununu keçirib.

Türkiyənin “Osmanlıspor” klubu ilə qarşılaşan “qırmızı-qaralar” bu görüşdə 0:1 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra Ülfət Mədətovun komandası 13-16-cı yerlər uğrunda mübarizə aparmalı olub. Kosovo təmsilçisi “Nyu Star”la qarşılaşan “Qəbələ” bu matçda 2:0 hesabı ilə qalib gəlib. Qolları Nihad Bağırov və Veysəl Rzayev vurublar.

Sabah başa çatacaq turnirin son günündə “Qəbələ” 13-14-cü yerlər uğrunda matçda meydana çıxacaq. “Qırmızı-qaralar” Danimarkanın “Holbak” komandası ilə üz-üzə gələcək. Matç saat 10:45-də başlayacaq.

Qeyd edək ki, “qırmızı-qaralar” qrup mərhələsində Türkiyə “Qalatasaray”ı və Danimarka təmsilçisi “Nordsyelland”a eyni - 0:2 hesabı ilə uduzub, “Özərspor”u 2:1, “Seyrantəpəspor”la “Berlin Türkiyəmspor”un hər ikisini 1:0 hesabı ilə məğlub edərək 9 xalla 6 komanda arasında 3-cü olmuşdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.