3 aprel 2015 18:00
Azərbaycanlı hakim AÇ-nin final mərhələsinə təyinat aldı
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində Azərbaycan 1 hakimlə təmsil olunacaq. Azerisport.az xəbər verir ki, FİFA referi köməkçisi Namiq Hüseynov mayın 6-dan 22-dək U-17-lər arasında Bolqarıstanda təşkil olunacaq qitə birinciliyinə təyinat alıb.
