3 aprel 2015 16:45
Pərdis Fərcad-Azad: Özümü idarə edə bilmədim
"Sumqayıt"ın hücumçusu Pərdis Fərcad-Azad Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyun zamanı etdiyi hərəkətinə görə cəzalanmasını şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Meydana çıxmadığıma görə çox məyus idim. Özümü idarə edə bilmədim. Belə alındığına görə təəssüflənirəm. Prinsipcə, artıq məşqçilər korpusu, futbolçular və rəhbərlik qarşısında üzr istəmişəm. Klub tərəfindən qəbul olunan cəzanı da normal qəbul etdim. Çalışacağam ki özümü doğruldum, yenidən əsas heyətə qayıdım və "Sumqayıt" üçün qollar vurum. Müqaviləmin müddəti 2015-2016 mövsümünün sonunda başa çatacaq. Məni burada hər şey qane edir. Burada qalmaq istəyirəm".
