3 aprel 2015 16:30
Fərcad-Azad üsr istəsə də, cəzalandırıldı
Topaz Premyer Liqasının 27-ci turunun "Xəzər Lənkəran"la səfər oyununda ehtiyat oyunçular skamyasını tərk edən, onu meydana buraxmamalarına etiraz edən Pərdis Fərcad-Azadla bağlı bu gün "Sumqayıt" klubunda iclas keçirilib. Azerisport.az xəbər verir ki, futbolçu həmin hərəkətinə görə klub rəhbərliyindən və məşqçilər korpusundan üzr istəyib.
Amma buna baxmayaraq, Pərdis qeyri-müəyyən müddətə əvəzedici komandaya göndərilib və pul cəriməsinə məruz qalıb.
