3 aprel 2015 16:15
Kamran Quliyev: Pərdis Fərcad-Azadı çox ciddi cəzalar gözləyir
"Sumqayıt"ın prezidenti Kamran Quliyev komandanın hücumçusu Pərdis Fərcad-Azadla bağlı yaranmış duruma aydınlıq gətirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Futbolçu komandaya münasibətdə hörmətsizlik edib. O, ciddi cəzalanacaq. Bura həm maliyyə baxımından cərimə, həm də futbol planında cəzalar daxildir. Bu gün onunla bağlı qərar qəbul edəcəyik. Bu, onun üçün dərs olmalıdır. Bu mövsüm bizdə maaşların gecikməsi halı olmayıb. Futbolçu öz işinə maksimum peşəkar yanaşmalıdır. İntizam pozuntusuna yol verməməlidir".
