3 aprel 2015 16:00

Ruslan Qurbanov: Robert Prosineçki Berti Foqtsun tam əksidir

Azərbaycan yığmasının və Xorvatiyanın "Hayduk" klubunun hücumçusu Ruslan Qurbanov "goal.com" saytına müsahibə verib. Azerisport.az sizi millimizin forvardının bəzi açıqlamaları ilə tanış edir.

"Malta ilə AÇ-2016-nın seçmə mərhələ oyunu öncəsi baş məşqçi Robert Prosineçki mənə dedi ki, meydana çıxmağa hazır ol. Hər şey normal olacağı halda, təxminən 60-cı dəqiqədən sonra meydana çıxmağım planlaşdırılırdı. Amma Namiq Ələsgərovun erkən zədələnməsi və oyunu davam etdirə bilməməsi 22-ci dəqiqədən meydana çıxmağıma şərait yaratdı".

"Stadiondakı atmosfer fantastik idi. Baxmayaraq ki, azarkeşlərimiz bu seçmə mərhələyə uğursuz startımıza görə çox məyus idilər. Amma bu dəfə yeni baş məşqçi ilə meydana çıxdığımıza görə, yenə bizi dəstəksiz qoymamışdılar".

"Prosineçki əvvəlki baş məşqçi Berti Foqtsun tam əksidir. O, hücum futbolu sərgiləməyimizi, parlaq oyun göstərməyimizi istəyir. Bu isə futbolçular tərəfindən də xoş qarşılanmaqdadır".

Qurbanovun sözlərinə görə, Prosineçki oyundan sonra ona təşəkkürünü bildirib: "O, oyunumdan razı qaldığını bildirdi və söylədi ki, "Hayduk"dakı çıxışımı izləməyə davam edəcək. Digər komanda yoldaşlarımla da münasibətim normaldır".

Millimizin üzvü qarşılarında duran hədəflərdən də danışıb: "Bizim öncəki hədəfimiz qrupda üçüncü yeri tutmaq idi. Amma seçmə mərhələyə ardıcıl məğlubiyyətlərlə başlamağımız şansımızı azaltdı. Buna baxmayaraq, mübarizəmizi sonadək davam etdirəcyik. Növbəti seçmə mərhələ üçün rəqabətədavamlı komanda yaratmaq lazımdır".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.