3 aprel 2015 15:45
Elvin Məmmədov: 9 xallıq fərq çox böyükdür
"İnter"in yarımmüdafiəçisi Elvin Məmmədov Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirilmiş oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, qolsuz bitən oyunla bağlı bunları söyləyib:
"Hər iki komanda ilk dəqiqələrdən sürətli oyun üstünlük verdi. Güzəştsiz mübarizə var idi. "Qarabağ" gülcü komandadır. Düşünmürəm ki, Reynaldonun yoxluğu onların oyununa təsir etdi. Ağdamlılar bir futbolçudan asılı deyil. Heç-heçə bu oyunun ədalətli nəticəsi oldu. Hər iki komanda rəqibin kobud səhvini gözləyirdi. Amma buna yol verilməyincə, qarşılaşma sülhlə bitdi. 9 xal çox böyük fərqdir. Amma biz eyni zamanda ölkə kubokunda da mübarizəmizi davam etdiririk".
