3 aprel 2015 14:45
Holland mütəxəssis Qarabağla müqavilə yenilədi
Hollandiyalı mütəxəssis Con van Loen "Qarabağ"la əməkdaşlığını davam etdirəcək. Azerisport.az xəbər verir ki, bu barədə Hollandiya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, sözügedən mütəxəssis artıq Ağdam klubu ilə yeni müqavilə imzalayıb. O, daha bir il Azərbaycan təmsilçisində çalışacaq.
Qeyd edək ki, 50 yaşlı mütəxəssis "Qarabağ"a 2014-cü ildə gəlmişdi. O, bu klubda aşağı yaş qrupları üzrə komandaların texniki və idman direktoru vəzifəsində çalışır.
