3 aprel 2015 13:45

Vobay - 50-ci oyun, 20-ci qol

“Neftçi”nin futbolçusu Julius Vobay klubunda 50-ci çempionat oyununu keçirib. Azerisport.az xəbər verir ki, syerra-leoneli yarımmüdafiəçi Topaz Premyer Liqasının 27-ci turunun “Bakı” ilə oyununa  təsadüf edən yubileyini qolla qeyd edib.

Komandasının ikinci qolunu vuran Vobay 2:0 hesablı qələbədə pay sahiblərindən olub. Bununla da o, mövsümdəki oyun sayını 19-a, qollarını isə 6-ya çatdırıb. 2012/13 mövsümündə “ağ-qaralar”la Azərbaycan çempionu olanda 31 matça 8 qol vuran afrikalı Premyer Liqada “Neftçi” formasında 50-ci oyununda 14-cü dəfə fərqlənib.

Lakin Vobay “Neftçi”də vurduğu qol sayında da yubiley qeyd edib. Belə ki, komandanın heyətində avrokuboklar və ölkə kubokunda da qol sevinci yaşamağı bacaran Julius ümumilikdə 77-ci oyununda 20-ci dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, Vobay 20 qoldan 5-ni avrokuboklarda, 1-ni Azərbaycan kubokunda vurub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.