Qarabağ üçüncü dövrənin qalibidir
Topaz Premyer Liqasında 3-cü dövrəyə yekun vurulub. Azerisport.az xəbər verir ki, 2015-ci ildə baş tutan 9 turun nəticələrinə əsasən “Qarabağ” dövrənin qalibi olub.
Ağdam təmsilçisi 8 qarşılaşmada 19 xal əldə edib. Hamıdan çox – 6 qələbə qazanan Qurban Qurbanovun yetirmələri ən az – 3 qol buraxmaqla da hamıdan üstün olub. Lider ən yaxın izləyicisi “İnter” kimi hamıdan az – 1 məğlubiyyətə üzülüb və ən yaxşı top fərqinə (+7) nail olub.
Paytaxt təmsilçisi isə hamıdan çox – 12 qol vursa da, heç-heçə sayında (3) öndə olması üzündən az xal toplayıb. “İnter” kimi 15 xal toplayan “Qəbələ” isə heç-heçə etməməsi ilə diqqət çəkib. “Xəzər Lənkəran” da dövrəni bərabərliksiz keçib. “Sumqayıt”la “Bakı” qələbə qazana bilməyib.
Qeyd edək ki, 1-ci dövrənin təxirə salınan AZAL – “Neftçi” oyunu 2015-ci ildə keçirilsə də, üçüncü dövrəyə aid olmadığından cədvəldə nəzərə alınmayıb.
Yer | Komanda | Q | H | M | T-F | Xal |
1 | Qarabağ | 6 | 1 | 1 | 10 - 3 | 19 |
2 | Qəbələ | 5 | 0 | 3 | 11 - 8 | 15 |
3 | İnter | 4 | 3 | 1 | 12 - 5 | 15 |
4 | Simurq | 4 | 2 | 2 | 10 - 4 | 14 |
5 | AZAL | 4 | 2 | 2 | 9 - 5 | 14 |
6 | Neftçi | 4 | 1 | 3 | 9 - 6 | 13 |
7 | Xəzər Lənkəran | 2 | 0 | 6 | 8 - 16 | 6 |
8 | Sumqayıt | 0 | 4 | 4 | 4 - 9 | 4 |
9 | Bakı | 0 | 1 | 7 | 2 - 19 | 1 |
