3 aprel 2015 12:30
Vüqar Nadirov: Qarabağın çempionatdakı yeganə təhlükəli rəqibi İnter deyil
"Qarabağ"ın hücumçusu Vüqar Nadirov Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter" yaxşı komandadır. Müdafiə olunmağı bacarırlar. Biz qələbə qazanmaq istəyirdik, amma alınmadı. Buna "Bakı" ilə növbəti oyunda nail olmağa çalışacağıq. "İnter"in Premyer Liqadakı yeganə ciddi rəqibimiz olduğunu düşünmürəm. Bizə təhlükə yarada bilən başqa komandalar da var".
