3 aprel 2015 11:15
Mahir Şükürov Karşıyaka klubunun bazasına buraxılmadı
Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov Türkiyənin "Karşıyaka" klubunun düşərgəsinə qayıdıb. Azerisport.az xəbər verir ki, o, hazırda İzmirdə olsa da, PTT 1-ci liqanın növbəti turu çərçivəsində "Adana Dəmirspor"la oyuna hazırlaşan komandasının məşqinə buraxılmayıb.
Buna səbəb onun millimizdən düşərgəsindən 3 gün gec qayıtması göstərilir. Baş məşqçi əvəzi Ayhan Akman ona klubun bazasını tərk etməyi tapşırıb.
Türkiyə klubunun Mahir Şükürovu buna görə cəzalandırması gözlənilir.
