3 aprel 2015 11:00
Derlis Meza Kolli: Qələbə qazanmaq istəsək də, heç-heçə də pis nəticə deyil
"İnter"in yarımmüdafiəçisi Derlis Meza Kolli Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, qolsuz bitən qarşılaşma ilə bağlı bunları söyləyib:
"Maraqlı oyun alındı. Qələbə qazana bilərdik. Amma sonda 1 xalla kifayətlənməli olduq. Bu, pis nəticə sayılmamalıdır. Baxmayaraq ki, qələbə qazanıb, xal fərqini azaltmaq istəyirdik. Alınmadı. Artıq növbəti oyuna hazırlaşmalıyıq".
