Fikrət Hüseynov Avropa Klublar İttifaqının Baş Assambleyasının plenar iclasında
Martın 30-31-i aralığında İsveçin paytaxtı Stokholm şəhərində Avropa Klublar İttifaqının (ECA) Baş Assambleyasının Plenar İclası keçrilib. Azerisport.az xəbər verir ki, sayca 15-ci olan bu iclasda həmişəki kimi AZAL-ın nümayəndəsi də iştirak edib.
Belə ki, klubun vitse-prezidenti Fikrət Hüseynov tədbirə qatılaraq gündəlikdə duran məsələlərin müzakirəsində iştirak edib.
O, həm də bu mötəbər tədbirdə ölkəmizin yeganə təmsilçisi olub. Əvvəlki dövrlərlə müqayisədə bu dəfə AZAL-dan başqa heç bir klub nümayəndəsini göndərməyib. Baş Assambleyasının Plenar İclasında isə futbolda böyük önəm kəsb edən bir sıra məsələlər – milli komandaların üzvlərinin sıgortalanması, FİFA TMS sistemi ilə baglı inzibatı cəzaların tətbiqi, Dünya Çempionatından əldə olunan gəlirlərin bölüşdürülməsi, futbolçuların transferi və keçidinə dair əsasnamənin müzakirəsi haqda fikir mübadiləsi aparılıb.
