2 aprel 2015 17:45
İlham Əliyevdən Rövnəq Abdullayevə Şöhrət ordeni
Azərbaycan prezidenti İlham Əliyev AFFA-nın baş katibi Rövnəq Abdullayevlə bağlı sərəncam verib. Azerisport.az saytının məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında neft sənayesinin inkişafındakı xidmətlərinə görə Rövnəq İbrahim oğlu Abdullayev “Şöhrət” ordeni ilə təltif edilsin.
