Tyaqu: Biz Azərbaycana gedəndə insanlar Ronaldonu gördüklərinə inanılmaz dərəcədə sevinirdilər
Portuqaliya yığmasının və İspaniyanın "Atletiko" (Madrid) klubunun yarımmüafiəçisi Tyaqu Madrid "Real"ının ulduz Ronaldonun Azərbaycana səfəri ilə bağlı xatirələrini bölüşüb. Azerisport.az xəbər verir ki, o, Portuqaliya mətbuatına müsahibəsində bunları söyləyib:
"Ronaldonu Madriddə də, dünyanın istənilən nöqtəsində də çox asanlıqla tanıyırlar. Hətta yığmanın oyunları ilə əlaqədar Azərbaycana və ya Albaniyaya gedəndə də insanlar onun gəlişinə inanılmaz dərəcədə sevinirdilər. Bəziləri hətta onu aeroportda, otellərdə yaxından gördüyünə görə sevinc göz yaşları axıdırdı. Sanki Ronaldonu gördüklərinə inanmırdılar. Amma şəxsən mənim üçün bütün bunlar çox qəribə görünürdü. Çünki Ronaldonu hələ 20 yaşadək yığmamızdan tanıyıram. Onun geridə qalan müddətdə əldə etdiyi uğurlar həqiqətən inanılmazdır".
