2 aprel 2015 14:45
Ramaldanov: Şadam ki, qol vurmaqla komandamın qələbəsində pay sahibi oldum
"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanov Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Sumqayıt" üzərində qazandıqları qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çətin oyun alındı. Uşaqların hamısı sağ olsun ki, sonadək mübarizə apardıq. Üç vacib xala sahib çıxdıq. Bizə qələbə qazanmaq lazımdır ki, turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdıraq. Şadam ki, "Sumqayıt"a qol vurmaqla qələbədə pay sahibi oldum. Sonuncu dəfə "Neftçi" ilə superkubok oyununda qol vurmuşdum".
