2 aprel 2015 11:00

Qəbələnin İzmir kubokunda rəqibləri müəyyənləşdi

“Qəbələ” Futbol Akademiyasının 12 yaşadək futbolçulardan ibarət komandasının çıxış edəcəyi ənənəvi “İzmir kuboku”na sabah start veriləcək. Azerisport.az xəbər verir ki, aprelin 3-5-də keçiriləcək yarışda 21 ölkədən olan 48 komanda mübarizə aparacaq.

İştirakçılar arasında İstanbul nəhəngləri “Qalatasaray”, “Beşiktaş”, “Fənərbaxça” ilə yanaşı, İtaliyanın “Yuventus” və “Roma”, Portuqaliyanın “Porto”, Fransanın PSJ, Ukraynanın “Dinamo” (Kiyev), Almaniyanın “Verder” və “Borussiya” (Mönhenqladbax), Hollandiyanın “Ayaks”, “Tvente” kimi məşhur klubları da yer alıb.

Üç gün davam edəcək turnirin açılışında topa ilk zərbəni FİFA İcraiyyə Komitəsinin üzvü Şenes Erzikin vurması planlaşdırılıb. Artıq 48 komanda hərəsində 6 iştirakçı olmaqla 8 qrupa bölünüb. “Qəbələ” Mönhenqladbax “Borussiya”sı, Rumıniyalı əfsanə Georgi Hacının Futbol Akademiyası, Qırğızıstan “Bişkek”i, həmçinin yerli komandalar – “Bursaspor” və “Altay” eyni qrupda mübarizə aparacaq.

“Qəbələ” aprelin 3-də qrupunun açılış matçında “Borussiya” ilə görüşəcək. Bu matç Bakı vaxtı ilə saat 10:00-da başlayacaq. 12:00-da rumıniyalılarla, 14:00-da “Bursaspor”la, 17:30-da “Bişkek”lə üz-üzə gələcək “qırmızı-qaralar” qrup mərhələsinin son qarşılaşmasına 18:30-da çıxacaq. Həmin matçdakı rəqib “Altay” olacaq.

Qeyd edək ki, hər qrupda ilk 4 yeri tutan komandalar aprelin 4-5-də mükafatlar uğurunda mübarizəni davam etdirəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.