2 aprel 2015 00:30

Qəbələ AZAL-la oyunun hazırlıqlarını davam etdirir

Topaz Premyer Liqasının 27-ci turunda istirahət edən “Qəbələ” növbəti oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, martın 28-də əvəzedici komanda ilə yoxlama oyunu keçirib, 7:2 hesabı ilə qalib gələn Roman Qriqorçukun yetirmələri artıq 28-ci turun AZAL-la görüşünün hazırlıqlarına başlayıb.

Yoxlama matçının ertəsi məşq edib, ardınca bir günlük istirahət edən komanda çalışmalarını Qəbələdə davam etdirir. Gündə bir dəfə hazırlıq keçən “qırmızı-qaralar”ın məşqlərində yalnız zədəli Dodo iştirak etmir. Azərbaycan millisinin düşərgəsindən qayıdan Cavid Hüseynovla Ruslan Abışov, U-21-dən qayıdan Tellur Mütəllimov da məşqlərə qatılır. Zədə səbəbindən bir müddət fərdi hazırlıq keçən Elvin Camalov da artıq komandaya qoşulub.

Növbəti iki gündə də doğma məkanda məşq edəcək “Qəbələ” aprelin 3-dəki hazırlığın ardından Bakıya yollanacaq. 28-ci tur çərçivəsində AZAL-la səfər görüşündən bir gün əvvəl komanda paytaxtda məşqə çıxacaq. Oyunöncəsi son məşq qarşılaşmanın baş tutacağı Şüvəlandakı “AZAL Arena”da baş tutacaq.

Qeyd edək ki, AZAL – “Qəbələ” oyunu aprelin 5-də keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.