2 aprel 2015 00:15
Nikolas Kanales: Bakıya ciddi yanaşdığımıza görə qalib gəldik
"Neftçi"nin hücumçusu Nikolas Kanales Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Bakı" üzərində qazandıqları qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:0 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Asan oyun olmadı. Rəqibə ciddi yanaşırdıq. Ona görə də qalib gəldik. Vurduğum qola gəlincə, Araz Abdullayevin zərbəsi alınmadı və top mənə düşdü. Nəticədə fərqlənə bildim".
