2 aprel 2015 00:00
Cəbrayıl Cəbrayılov: Neftçi ictimai təşkilata çevrilsə də, SOCAR sponsorluğunu davam etdirəcək
"Neftçi"nin Müşahidə Şurasının üzvü, SOCAR-ın rəsmisi Cəbrayıl Cəbrayılov paytaxt klubundakı struktur dəyişiklikləri ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Rövnəq Abdullayev ötən gün baş tutan toplantıda bildirdi ki, "Neftçi" bundan sonra ictimai təşkilat olacaq. Amma SOCAR sponsorluğunu davam etdirəcək. Təcrübə göstərir ki, bir və ya bir neçə nəfərin idarə etdiyi klublar gəlirsiz olur. Amma bizim atdığımız addım bu inkişafda hər kəsin pay sahibi olmasına şərait yaradacaq. Bunu da futbolun inkişafına marağı artırmaq üçün etmişik".
