1 aprel 2015 18:00
Fariz Nəcəfov: Tezliklə baş məşqçi ilə kimin gedib, kimin qalacağını müzakirə edəcəyik
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov komandanın cari mövsümdəki çıxışından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komanda bizi sevindirməyə başlayıb. Məşqçi işi görünməkdədir. "Qəbələ" sabit çıxış etməyə başlayıb ki, bu da çox vacibdir. Belə də davam edəcəyinə inanırıq. Əksər futbolçularımızla müqavilənin müddəti mövsümün sonunda başa çatacaq. Yaxın günlərdə Roman Qriqorçukla kimlərin komanda qalıb, kimlərin göndəriləcəyinə dair söhbətimiz olacaq. Mövsümün sonunu gözləməyəcəyik. Hansı futbolçuları saxlamaq istəyiriksə, onlarla indidən danışıqlara başlamalıyıq".
