1 aprel 2015 14:15
Marko Stanoyeviç: Biz indi pul yox, oyunlarımız barədə düşünməliyik
"Simurq"un yarımmüdafiəçisi Marko Stanoyeviç Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində AZAL-a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamaında o, bunları söyləyib:
"Bizi AZAL-la çox çətin oyun gözləyir. Bizə bu görüşdə qələbə qazanmaq çox vacibdir. Klubda maliyyə problemi varmı? Biz bunu hiss etmirik. Həm də biz indi pul yox, oyunlarımız barədə düşünməliyik".
